"STS International" şirkəti Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvü olub. Bu barədə şirkətin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş məlumatda bildirilir.
“Hesab edirik ki, Ticarət Palatasına üzvlük şirkətimizə, ilk növbədə yerli şirkətlərin nümayəndələri ilə dialoq aparamağa, eləcə də davamlı işgüzar əlaqələr formalaşdırmağa və birgə təşəbbüsləri reallaşdırmağa imkan verəcək”, - deyə məlumatda şirkətin Azərbaycanda baş meneceri Mehman Hüseynova istinadən qeyd olunur.
"STS International" şirkəti ABŞ-ın "Chevron Lubricants" korporasiyasının Azərbaycandakı rəsmi distribyutorudur.
“AmCham Azerbaijan” iqtisadiyyatın vergiqoyma, sığorta, maliyyə, bank işi və digər sahələrində fəaliyyət göstərən 240-dan çox yerli və xarici şirkəti birləşdirir.