Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub. Bu barədə Müdafiə Nazilriyinin saytında məlumat verilir.
Nazir hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.
Z.Həsənov uçuş və mühəndis-texniki heyətlə keçirilən görüşdə hərbi qulluqçuların ruh yüksəkliyinin və döyüş əzminin bir daha şahidi olub, şəxsi heyətin diqqətinə peşəkarlığın daim artırılaraq onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsi ilə əlaqədar tələbləri çatdırıb.
Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.
Nazir döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasına dair tapşırıqlar verib.