Hazırda Azərbaycanda beş yaşa qədər uşaqların cəmi 15%-i məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır. Bu barədə Dövlət Statistika Komitəsinin 2013-cü ilin yekunlarına dair məlumatında bildirilir.
2014-cü ilin ilkin məlumatlarına görə, bir-beş yaş arasında 112 min uşaq (15%) 1,637 min dövlət və 40 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində tərbiyə alır; 1,3 mln. şagird 4,477 min dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alır.
Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqlar (6,352 min) 17 xüsusi məktəb və ya ümumi orta təhsil müəssisələrində təşkil olunan siniflərdə təhsil alırlar.
2013-cü ildə ümumi təhsil müəssisələrini bitirən 88,4 min nəfər məzundan 88,1 mini (99,6%) orta təhsil haqqında attestat alıb.
DSK-nın məlumatına görə, ötən ilin sentyabr ayında respublika məktəblərinin 88,3%-i kompüterlərlə təmin olunub.
2013-2014-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, 58 orta ixtisas təhsil müəssisəsində 63,3 min tələbə təhsil alır.
37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində (bakalavr və magistratura) 153,3 min nəfər təhsil alır, onların 48,4%-ni qadınlar təşkil edir.
2013-cü ildə ali məktəblərə 35,4 min nəfər daxil olub, bu günə əyani şöbələrdə oxuyan tələbələrin 36,4%-i təqaüd alır.
Ölkənin ali təhsil məktəblərində Azərbaycan vətəndaşları ilə birgə 54 xarici ölkənin (4,374 min) vətəndaşı təhsil alır.
Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 3,035 min nəfər təşkil edir.
2014-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 140 elmi təşkilat fəaliyyət göstərir. Burada 21,6 min mütəxəssis çalışır, onların 71,1%-i tədqiqatçıdır. Bundan başqa, mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var. 2014-cü ilin statistikasına əsasən, Milli Elmlər Akademiyasının 52 akademiki və 100 müxbir üzvü var.