Saatlı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbyacan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Saatlı rayonunun Mustafabəyli kəndi ərazisində “Toyota” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində ölüb, sürücü və qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.