Qax rayonunda Rusiya vətəndaşının meyiti tapılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Qax rayon Polis Bölməsindən məlumat verilib.
Qonşuların ölən şəxsin mənzilindən yayılan kəskin çürümə qoxusu ilə bağlı növbətçi hissəyə daxil olmuş zəngindən sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək meyiti aşkarlayıblar. Məlum olub ki, ölən şəxs RF vətəndaşı, 1955-ci il təvəllüdlü Zahid Mustafayevdir. Yaxınlarının bildirdiyinə görə o, bu yaxınlarda qohumlarına baş çəkmək üçün Rusiyadan gəlibmiş.
İlkin məlumatlara əsasən, mərhumun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb, meyit Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya şöbəsinə göndərilib.
Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.