Cümə gününə keçən gecə Romanın tarixi mərkəzində, Fransanın Vatikandakı səfirliyi ilə əlaqəli olan Fransa Fondu binasının yaxınlığında əldəqayrıma partlayıcı qurğu işə düşüb. Bu barədə İtaliyanın “La Republicca” qəzetinin internet portalında məlumat verilir.
Partlayış Fransa prezidenti Fransua Ollandın Vatikana səfərindən bir neçə saat öncə baş verib.
Məlumata görə, partlayış nəticəsində beş avtomobil yararsız hala düşüb.
Hadisənin digər təfərrüatları barədə xəbər verilmir.