2013-cü ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr, həmçinin partlayışlar nəticəsində 82 nəfər həlak olub. Bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilmiş rəsmi statistik məlumatda deyilir.
Bu, 2012-ci ilin göstəricisindən 3 nəfər azdır.
Ötən il respublikada baş vermiş təbii və texnogen mənşəli hadisələr, o cümlədən partlayışlar nəticəsində 127 nəfər xəsarət alıb, bu isə 2012-ci ilin göstəricisindən 2 nəfər çoxdur.
2013-cü ildə Azərbaycanda 8883 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-ci illə müqayisədə 1073 hadisə çoxdur.
Təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 nəfər həlak olub. Nazirliyin əməkdaşları 9 nəfəri xilas, 63 nəfəri təxliyə ediblər.
Ötən il respublika ərazisində 29 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci illə müqayisədə 2 hadisə çoxdur.
Partlayışlar nəticəsində 7 nəfər həlak olub, daha 32 nəfər xəsarət alıb.