Ötən həftə Azərbaycanda qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 27 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən həftə ölkədə 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar zamanı 68 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzalarından biri Abşeron rayonunda baş verib. “VAZ-21011”, “Mitsubishi” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər həlak olub, 7 nəfər yaralanıb.