Ötən həftə ərzində Azərbaycanın hüquq-mühafizə orqanları narkotik maddə istifadə etməkdə şübhəli bilinən 76, narkotik maddə alverində şübhəli bilinən 3 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumilikdə 27,8 qram marixuana, 11,62 qram tiryək, 8,15 qram həşiş və 6,006 qram heroin müsadirə edilərək götürülüb.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 3,135 kiloqram marixuana, 2037 psixotrop maddə aşkar edilərək götürülüb.