Özrbəkistanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatov bazar ertəsi Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Ş.Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.
Özrbəkistanın müdafiə nazirinin birinci müavininin səfəri yanvarın 30-dək davam edəcək.