Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort bazar ertəsi Azərbaycana birgünlük səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AB-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“F.Lefort xüsusi nümayəndə qismində missiyasını başa vurur və bu, onun Azərbaycana son səfəridir”,- deyə AB-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində F.Lefort xarici işlər naziri Elmar Məmmədyarov və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək.
Görüşdə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması, eləcə də Bakı və AB arasında ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
F.Lefortun səlahiyyət müddəti yanvar ayının sonunda başa çatır.