2013-cü ildə “Cənub” İES-də 1 mlrd. 167 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-dən məlumat verilib.
2013-cü ilin dekabr ayında stansiyada 345,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Xəbər verildiyi kimi, 780 MVt gücə malik “Cənub” stansiyası 2012-ci ilin iyul ayının əvvəlində Şirvan şəhərində işə salınıb.
“Cənub” İES Abşeron yarımadası və cənub bölgəsinin enerji təhlükəsizliyinin artırılmasında, həmçinin enerji ötürücü və paylayıcı sistemlərin etibarlı fəaliyyət göstərməsində mühüm rol oynayır.