Bu gün Yevlax şəhər sakini Nizami Kərimovun özünü yandırması faktı ilə əlaqədar cinayət işi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. İstintaq gedir.
N.Kərimov hüquqlarının pozulmasına etiraz olaraq bazar ertəsi Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi qarşısında özünü yandırıb.