2014-cü il yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 35-ci iclası keçiriləcək. Bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Həmçinin səfər çərçivəsində Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.