Lənkəran şəhərində 2013-cü il ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Yerli İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirakı ilə keçirilən tədbirdə qeyd edilib ki, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Lənkəranda böyük işlər həyata keçirilib, nəticədə şəhər tamamilə dəyişib. Vurğulanıb ki, şəhərin abadlaşdırılması, yol-nəqliyyat infrastrukturunda innovasiyalar, əhalinin içməli su, kanalizasiya sistemi və təbii qazla təmin olunması kimi sosial yönümlü irimiqyaslı layihələr əhali tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.