Çinin materikə bitişik hissəsindən Honkonqa idxal edilən quş ətində ölümcül H7H9 virusunun tapılması ilə əlaqədar Honkonqda toyuqların kütləvi surətdə məhv edilməsinə başlanılıb. Bu barədə çərşənbə axşamı ölkə rəhbərliyi məlumat yayıb.
“Toyuqların məhv edilməsi prosesi artıq başlayıb”, - deyə kənd təsərrüfatı və balıqçılıq şöbəsinin nümayəndəsi jurnalistlərə bildirib.
O qeyd edib ki, 20 min toyuq əvvəlcə müəyyən kimyəvi prosedurdan keçirildikdən sonra zibilliyə göndəriləcək. Əməliyyat təxminən 10 saat davam edəcək.
İlin əvvəlindən Çin ərazisində altı nəfər quş qripinin qurbanı olub.
Çində quş qripinə yoluxma hallarının artması 2013-cü ilin fevral ayından qeydə alınıb. Lakin həmin ilin iyun ayında H7H9 virusuna yoluxanların və bu xəstəlik nəticəsində həyatını itirənlərin sayı xeyli azalıb.
2013-cü ilin fevral ayından oktyabr ayının sonuna qədər Çinin materik hissəsində bu virus nəticəsində 46 nəfərin öldüyü bildirilib.
Səhiyyə işçiləri H7H9 virusunun mutasiya edə, yoluxucu ola və pandemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq etmişdilər.