Bu gün baş nazir Artur Rasizadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Tədbir Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsinə həsr olunub.
Müşavirədə Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.