İsveçrə Azərbaycanı dost və qardaş ölkə hesab edir və münasibətlərin müxtəlif sahələrdə inkişafında maraqlıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Hannes German Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə görüşü zamanı bildirib.
Görüşdə tərəflər Azərbaycanla İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulayıblar.