Azərbaycanda polis əməkdaşı özünü asaraq intihar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Hadisə yerinə gəlmiş Abşeron rayon Polis Şöbəsinin əməkdaşları və prokurorluğun müstəntiqi Heydər Əliyev prospekti, 1 nömrəli evdə yaşayan 1991-ci il təvəllüdlü Rauf Novruzovun özünü asdığını müəyyən ediblər.
Məlumata əsasən, mərhum Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olub.
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.