SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Lənkəran rayonunun 3 kəndinə təbii qazın verilməsinə başlayıb. Bu barədə İB-nin məlumatında deyilir.
1567 abonenti olan Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19,979 kilometr uzunluğunda polietilen və 37,779 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilə qədər şirkət ölkədə qazlaşdırmanın səviyyəsini 99%-ə çatdırmağı planlaşdırır. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir.