2013-cü ildə Azərbaycanda içki istehsalı 2012-ci illə müqayisədə 13,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2013-cü ildə respublikada pivə istehsalı 2012-ci ilə nisbətən 10% - 5 mln. 323,6 min dekalitrədək artıb.
Hesabat ilində 726,7 dekalitr araq ( artım 4,4%), 7 97,3 dekalitr şərab (azalma 37,7%), 71,3 min dekalitr konyak - brendi (azalma 18,3%), 16 min dekalitr şampan şərabı (azalma 71,6%) istehsal olunub.
2013-cü ildə alkoqolsuz içki istehsalı 2012-ci ilə nisbətən 6,8% - 25 mln. 858,1 min dekalitrədək artıb.
Ötən il respublikada 2 min 112,6 ton fermentlənmiş tütün və 1 mlrd. 6,8 mln. siqaret istehsal olunub.