Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində axtarış elan edilmiş şəxsi Rusiya Federasiyası ərazisində saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (vergi ödəməkdən yayınma) axtarışda olan Rahil Nəsibov Rusiya Federasiyasının Kazan şəhərində tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.