ABŞ Konqresində fəaliyyət göstərən Azəbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 60 nəfərə çatıb. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti məlumat verir.
Yanvarın 29-da Arizona ştatını təmsil edən respublikaçı konqresmen Mett Salmon İşçi Qrupunun tərkibinə daxil edilib.
ABŞ Konqresində 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.