Argentina prezidenti Kristina Fernandes de Kirşner Kubadan vətəninə döndükdən dərhal sonra təcili tibbi müayinədən keçib. Bu barədə Argentinanın hakim dairələri məlumat verir.
Dövlət başçısının mətbuat xidmətindən bildirilib ki, prezidentin oturaq sinirlərində iltihab əlamətləri və kürəyinin aşağı hissəsində ağrılar olduğu üçün onun müayinəsinə qərar verilib.
Bu, ötən ilin oktyabr ayında kəllədaxili hematomanın götürülməsi üzrə əməliyyat olunmuş K.Fernandesin ilk xarici səfəri olub.
K.Fernandesdə kəllədaxili qan laxtası aşkarlandıqdan sonra onun əməliyyat olunmasına qərar verilmişdi. Prezidentin 2013-cü ilin avqust ayında aldığı zədədən sonra onun səhhətində belə bir problem yaranmışdı.