“AGBank” paytaxtın “Sahil” filialı və “Xəqani” şöbəsini “Sahil filialı” adı altında birləşdirib. Bu barədə bankın məlumatında deyilir.
Respublika ərazisində bankın 22 filialı, o cümlədən riteyl müştərilərə xidmət edən 4 filialı fəaliyyət göstərir.
“AGBank” 1992-ci ildə təsis edilib və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.
Bankın səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası (17,5%), “Kazimir Partners” şirkəti (10%), fiziki şəxslər - Çingiz Əsədullayev (27,532%) və Fərzulla Yusifovdur (23,111%). Bundan başqa, bankın 74 minoritar səhmdarı var (onların payı 21,856%-dir).