“Azərbaycan” İstilik Elektrik Stansiyası 2013-cü ildə 7 mlrd. 633,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
Bununla belə, 2013-cü ilin dekabr ayında stansiyada 719,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Azərbaycan” İES-də hər birinin gücü 300 MVt olan 8 blok var.
Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-i bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.