ABŞ-ın ali qanunvericilik orqanı olan Senat və Palata nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair geniş qətnamə qəbul ediblər. Bu barədə cümə günü Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidməti məlumat verib.
Sənədin qəbulu qətnamənin müəlliflərinin Azərbaycanın Los-Ancelesdəki baş konsulunun ştatın qanunvericlərinə təqdim olunmasını qabaqlayıb. Azərbaycanın ABŞ üçün əhəmiyyət kəsb etdiyi qeyd olunub, bundan sonra qətnamə parlamentin hər iki palatasında yekdilliklə qəbul edilib.
Qətnamədə qeyd edilir ki, ABŞ, beynəlxalq təşkilatlar daxil olmaqla, bütün dünya birliyi kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Sənəddə vurğulanır ki, münaqişənin həlli qarşıdurma nəticəsində doğma yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlıya kömək edəcək.
Bütün bunları diqqətə alaraq, parlamentarilər Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə yönələn ABŞ-ın səylərini dəsətklədiklərini ifadə ediblər.
Sənəddə bildirilir ki, Azərbaycan ABŞ-ın regiondakı ən iri ticari tərəfdaşıdır. Qətnamədə qeyd olunur ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu kimi strateji əhəmiyyət kəsb edən transregional enerji və nəqliyyat layihələri regionda Azərbaycan və ABŞ-ın digər müttəfiqlərinin rifahının yaxşılaşmasına töhfəsini verir.
Qətnamədə enerji təhlükəsizliyindən başlayaraq və terrorçuluğa qarşı mübarizəyə qədər Amerika-Azərbaycan əməkdaşlığının bütün sahələri əhatə olunur, o cümlədən, Arizonanın Bakı və Vaşinqton arasında strateji tərəfdaşlığına dəstək verdiyi ifadə edilir.
Bu, Arizona parlamentinin Azərbaycana dair qəbul etdiyi sayca ikinci qətnamədir. Birinci qətnamə 2013-cü ilin may ayında qəbul edilib və Amerika-Azərbaycanın strateji tərəfdaşlığına həsr olunub.