Qazax rayonunda baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qazax rayonunun Əzizbəyli kəndi ərazisində BMW markalı avtomobil idarəetməni itirərək körpüdən yarğana yuvarlanıb.
Qəza nəticəsində sürücü və sərnişinlərdən biri hadisə yerində həlak olub.Xəsarət almış digər iki sərnişin mərkəzi rayon xəstəxanasına çatdırlıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşirilir.