Şənbə günü Macarıstanın hakim FİDESZ partiyasının Gənclər Təşkilatının nümayəndə heyəti Azərbaycana səfərə gələcək.Bu barədə “İnterfks-Azərbaycan”a gentliyinə hakim Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının mətbuat xidmətindən məlumat verilib.
“ Səfər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasinda əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşılyır”.- deyə təşkilatın mətbuat xidmətindən bildirilib.
Macarıstan nümayəndə heyətinin səfəri fevralın 1-dən 4-nə qədər davam edəcək.
Səfər çərçivəsində FİDESZ partiyasının Gənclət Təşkilatının nümayəndələri bir sıra görüşlər keçirəcəklər.
Macarıstanın FİDESZ partiyasına baş nazir Viktor Orban rəhbərlik edir.