Azərbaycanın qərb regionunda, Ağstafa rayonunda çoxsaylı insan tələfatına səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
“BMW” markalı avtomobil körpüdən uçub. Nəticədə, avtomobilin salonunda olan dörd nəfər – sürücü və üç sərnişin həlak olub.