SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsində hasilat quyusunu əsaslı təmirdən sonra istismara verib.Bu barədə şirkətin saytında məlumat verilir.
14 nömrəli dəniz özülündən qazılmış 305 nömrəli quyu sutkalıq 90 ton neft, 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.Yataq SOCAR-ın neft hasilatının 65%-ni təmin edir.