Bu gecə saat 02:00 radələrində Bakıda 51 yaşlı qadın şaxtadan donaraq ölüb. Bu barədə ANS telekanalı məlumat verib.
Tatyana Mişakkiyevanın donmuş cəsədi Bayıl qəsəbəsində evlərdən birinin yaxınlığında aşkar edilib.
Məlum olub ki, qadın küçədə tüfeyli həyat tərzi keçirib və spirtli içki aludəçisi olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, stansiyaya bu hadisə barədə məlumat daxil olmayıb.