Bazar ertəsi prezident İlham Əliyev dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.
Hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi xalq rəssamı Fazil Nəcəfovdur.