Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində F.Timmermans prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Tərəflərin Azərbaycan və Niderland arasında həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi gözlənilir.