2013-cü ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 21,7% - 7 mlrd. 172 mln. manata qədər artıb. Bu barədə bankın məlumatında deyilir.
2014-cü il yanvarın 1-nə bankın kredit portfeli 5,033 mlrd. manat (artım 30,5%), o cümlədən istehlak kreditləri 555,3 mln. manat (artım 16,6%) təşkil edib.
2013-cü ilin yekunları üzrə əhalinin əmanətləri 1,613 mlrd. manata (artım 22,2%) bərabər olub.
Hesabat ilinin sonuna bankın məcmu kapitalı 903,8 mln. manat (artım 25,5%), nizamnamə kapitalı 475,04 mln. manat (artım 1,5 dəfə) təşkil edib.
2013-cü ildə ABB-nin xalis mənfəəti 50,91 mln. manat olub.
1 yanvar 2014-cü il tarixinə banklın aktiv plastik kartlarının sayı 2 mln. 484,882 min, bankomatların sayı 690, pos-terminalların sayı 4951 ədəd təşkil edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.