Çərşənbə axşamına keçən gecə Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
“Volqa” və “AzSamand” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşında yanğın baş verib. Hadisə yerinə gələn yanğınsödürənlər yanğını söndürüblər.
“Volqa”nın salonunda yanmış cəsəd aşkar edilib.