SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) yanvar ayında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 84,739 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
2013-cü ildə SOCAR neft kəməri ilə 1 mln. 751,023 min ton neft ixrac edib.
Azərbaycan və Rusiya arasında Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli haqqında müqavilə 2014-cü il fevralın 14-nə qədər qüvvədədir.