İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında (ECO Trade and Development Bank) Azərbaycan Respublikasından rəhbər iqtisadiyyat və sənaye naziri təyin edilib.
Prezident İlham Əliyev çərşənbə axşamı respublikanın İƏT Ticarət və İnkişaf Bankında üzvlüyü ilə əlaqədar bir sıra məsələlərin həlli haqqında fərman imzalayıb.
Fərmana əsasən, bankın Rəhbərlər Şurasında Azərbaycandan alternativ rəhbər isə maliyyə nazirinin müavini (onu maliyyə naziri təyin edir - İF-Az) təyin edilib.
Nazirlər Kabinetinə Azərbaycanın bankda üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılıb.
İƏT İnkişaf və Ticarət Bankı İran, Pakistan və Türkiyə tərəfindən 2005-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 300 mln. SDR təşkil edir.