Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ildə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün 21,6 mln. manat yönəldəcək. Bu barədə DSMF-in məlumatında deyilir.
Xəbər verildiyi kimi, fevralın 3-də prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin 2013-cü ildəki inflyasiya səviyyəsində indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
“2013-cü ildə Azərbaycanda inflyasiya (orta illik - İF) 2,4% təşkil edib. Bununla əlaqədar əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 mln. manat, il ərzində isə 21,6 mln. manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-in büdcəsində öz əksini tapıb”, - deyə məlumatda qeyd edilir.