Daşkəsəndə internet istifadəçilərinin sayı artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Gəncə-Daşkəsən fiberoptik kabelin çəkilişi və ATS-lərin elektronlaşdrılması Daşkəsəndə internet istifadəçilərinin sayını artırıb”, - deyə Rayon Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov bildirib.
“Əgər ötən il genişzolaqlı internet istifadəçilərinin sayı 263 nəfər idisə, bu gün 528 nəfərdir. Müraciət edənlərin sayı günbəgün artır”, - deyə o söyləyib və rayon kəndlərinin 80 faizə qədərində internetdən istifadə üçün tam şərait yaradıldığını bildirib.
“Bayan, Quşçu, Yuxarı Daşkəsən, Xoşbulaq, Əhmədli və Dəstəfur kəndlərində fiberoptik kabel çəkilib və əhali internetdən istifadə edir”, – deyə rəis qeyd edib.
Daşkəsən Telekommunikasiya Qovşağı 9 elektron ATS ilə 3003 abonentə xidmət göstərir.