Kürdəmirdə Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə adam vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Müəyyən edilib ki, fevralın 4-də Bakı-Qazax magistralının Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı Kənan Kazmaçı idarə etdiyi “Mercedes” markalı avtomobillə 40-45 yaşlı kişini vurub. Qəza ölümlə nəticələnib.
Faktla bağlı araşdırma aparılır, ölən adamın şəxsiyyəti müəyyənləşdirilir.