Suriya aviasiyasının Aleppo şəhərindəki məscidə endirdiyi zərbə nəticəsində ən azı beş nəfər, o cümlədən uşaqlar həlak olub. Bu barədə Livanın “Daily Star” qəzeti Suriya müxalifətçilərinə istinadən xəbər yayıb.
Onların məlumatına görə, həm də məktəb kimi istifadə olunan məscidin bombalanması zaman orada azyaşlı şagirdlər olub.
Məscid üsyançıların ələ keçirdiyi Hanano rayonunda yerləşir.