Rəsmi Bakı Bolqarıstan, Almaniya və Polşa ilə ikitərəfli siyasi məsləhətləşmələr keçirəcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bolqarıstan və Almaniya Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfini nazir müavini Xələf Xələfov təmsil edəcək. Polşa ilə keçiriləcək siyasi və iqtisadi məsləhətləşmələrdə isə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov iştirak edəcək.
Məsləhətləşmələr 4-14 fevral tarixlərində keçiriləcək.