Bakının Yasamal rayonunda ər-arvad dəm qazından zəhərlənərək həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Yasamal rayon Prokurorluğu və 27-ci Polis Bölməsinin əməkdaşları mənzildə paytaxt sakini Nizami Babayev və həyat yoldaşı Həqiqətin cəsədlərini aşkar ediblər. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, onlar dəm qazından zəhərlənərək ölüblər.
N.Babayev Azərbaycan Tibb Universitetinin müəllimi olub.
Rayon Prokurorluğunda araşdırma aparılır.