2014-cü ilin yanvar ayında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 2 mln. 403,445 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin fevral ayının 1-nə qədər 237 mln. 545,038 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Yanvar ayında BTC neft kəməri ilə 250,462 min ton Türkmənistan nefti və 238,399 min ton Qazaxıstan nefti nəql olunub.
Cari ilin yanvar ayında Ceyhan neft terminalından 2 mln. 208,677 min ton, BTC-nin istismara verildiyi vaxtdan 235 mln. 352,591 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC Videsh Limited” (2.36%) şirkətləridir.