2014-cü il yanvarın 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,422 min ədəd təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Yanvarın 1-nə Bakıda 1 366 (artım 8,2%), regionlarda 1 056 ədəd bankomat (artım 5,9%) quraşdırılıb.
2013-cü ildə respublikanın ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında cüzi azalma müşahidə olunub. 2014-cü ilin əvvəlinə onların sayı 33,285 min ədəd (azalma 9,7%) təşkil edib.
Bununla yanaşı, Bakıda 28,940 min ədəd (azalma 13,9%), regionlarda 4,345 ədəd (artım 34,5%) pos-terminal mövcuddur.
2014-cü il yanvarın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 31,859 min ədəd pos-terminal və ya bütün pos-terminalların 95,7%-i quraşdırılıb.