Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri düşmənin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Hərbçi erməni snayperinin açdığı atəş nəticəsində həlak olub.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.