Fevralın 12-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər zamanı prezident İlham Əliyev başda olmaqla Azərbaycanın siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçiriləcək.
Hazırda səfər proqramı hazırlanma mərhələsində olduğundan, onun çərçivəsində hər hansı sənədin imzalanacağı məlum deyil.