Cümə günü Sakit okeanda Vanuatu Respublikasının sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.
Zəlzələnin episentri 101 kilometr dərinlikdə yerləşir.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bununla yanaşı, Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzindən bəyan ediblər ki, sunami təhlükəsi yoxdur.