Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 fevral tarixlərində İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Tehrana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin məlumat verib.
“Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın rəsmi şəxsləri ilə görüşlər keçirəcək”, - deyə M.Pakayin bildirib.